logo

Rusiya Odessanı bombaladı: 17 nəfər ölüb, çoxlu yaralı var

09:39 01-07-2022 | icon 2562
Rusiya Odessanı bombaladı: 17 nəfər ölüb, çoxlu yaralı var

İyulun 1-ə keçən gecə Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endirib. Raketlərdən biri doqquz mərtəbəli binaya düşüb, 17 nəfər həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk "Telegram" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, atılan raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb.

Xilasedicilər dağıntılar altından 17 nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya artıq tibbi yardım göstərilib. Təxminən 20 kvadratmetr sahədə evə bitişik mağazada da dağıntılar var. İstirahət mərkəzində yanğın aşkar edilməyib. Ölənlər var, onların sayı dəqiqləşdirilir.