Avropa İttifaqı(Aİ) Moldova silahlı qüvvələrinə dəstək üçün 40 milyon avro ayıracaq. Bu maliyyə yardımı hərbi texnikanın alınmasına və Moldova ordusunun təliminə sərf olunacaq.
YeniAvropa Moldova KİV-nə istinadla xəbər verir ki, bu barədə Aİ-nin qərarında qeyd edilib.
“Bu yardım Moldova silahlı qüvvələrinin maddi-texniki təchizatı, mobillik, komandanlıq və idarəetmə, kibermüdafiə, pilotsuz uçuş kəşfiyyatı və taktiki rabitə potensialını gücləndirəcək. Lazımi avadanlıq, materiallar və xidmətlərlə, o cümlədən təlimlərlə təmin olunacaq”,-deyə qərarda bildirlir.
Aİ vurğulayıb ki, bu məbləğ 2021-ci ilin dekabrında təsdiq edilmiş yardımın tərkib hissəsidir.