“NATO 20 il əvvəl yeni missiya ortaya qoymuşdu. Rusiya onda ortaq idi. Çinin adı belə çəkilmirdi”.
YeniAvropa xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Bu zirvədə müttəfiqlərimizi yenidən toparladıq. Rusiyanın Avropaya təhdidini açıqladıq. İlk dəfə Hind-Sakit okean bölgəsindəki ortaqlarımız toplatıya qatıldı. Rusiya prezidenti Putinə açıqladığım kimi, onun fəaliyyəti dünya miqyasında bir nəticəyə yol açacaq. Demokratik ölkələri bir araya gətiririk. Bunu beynəlxalq nizamı qorumaq üçün edirik. Bura Çindən gələn təhdidlər də daxildir. Çinin təzyiqedici ticarət fəaliyyətinə qarşı mübarizə aparacağıq”, - deyə C.Bayden vurğulayıb.
Qeyd edək ki, NATO-nun Madrid sammitində qəbul edilən strateji konsepsiyada Çinlə bağlı müdəa da var. Sənəddə Çindən gələn təhdidlərin qarşısının alınacağı vurğulanıb.