Vaşinqton Ukrayna münaqişəsinin ilin sonuna qədər yekunlaşacağına şübhə ilə yanaşır.
YeniAvropa "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi NATO-nun Madriddə keçirilən sammiti zamanı deyib.
“Bu səbəbdən biz əksər dünya ölkələri ilə birlikdə Ukraynaya yardımı davam etdirəcəyik”, - deyə Con Kirbi bildirib.
Sammitdən öncə NATO-nun baş katibi Yens Stoltenberq blokun şərq cinahındakı hərbi birləşməsinin sayının 300 min nəfərədək artırılacağını bəyan edib. Jurnalistlərin bununla bağlı suallarını cavablandıran Con Kirbi NATO-nun şərq cinahında hərbi kontingentin sayındakı dəyişikliyi təxribat hesab etmək üçün Rusiyanın heç bir əsasının olmadığını vurğulayıb.
“Biz bu addımları atmağa məcburuq, çünki Rusiya regionda sabitliyi pozur”, – deyə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi əlavə edib.