“Rusiyalılar geri çəkildilər, çünki Ukraynanın “Bayraktar”ları onları rahat buraxmadı”.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar özünün "Twitter" hesabında məlumat paylaşıb.
“İlan adası bu savaşın simvollarından biridir. Rusiyalılar “xoşməramlı addım” olaraq hərbçilərini oradan geri çəkdiyini söyləyib. Əslində, geri çəkildilər, çünki Ukraynanın “Bayraktar”ından açılan atəşlər onları heç rahat buraxmadı. İlan adası yanır, amma işğalçının ayağı oranı tapdalamır”, - deyə səfir paylaşımında qeyd edib.
Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Bu məlumatı Rusiyanın Müdafiə Nazirliyi də təsdiqləyib və bunu “xoşməramlı addım” olaraq qeyd edib.