İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya qoşulması haqqında protokol imzalanacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq məlumat verib.
Sənədi NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri imzalayacaq.
Xatırladaq ki, ötən gün madriddə keçirilən sammitdə NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib.