Polşalı inşaatçılar Belarusla sərhəddə beş metr hündürlüyü olan səddin tikintisini başa çatdırıblar.
YeniAvropa Polşa mediasına istinadla xəbər verir ki, bu barədə respublikanın Baş naziri Mateuş Moravetski jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Hökumət başçısının sözlərinə görə, səddin mövcudluğu Afrika və Yaxın Şərqdə artan aclıq təhlükəsi şəraitində daha aktuallaşıb.
“Avropa İttifaqının sammitində Cənubi Avropa ölkələrinin baş nazirləri aclıq dalğası ilə bağlı artan miqrasiya təzyiqi barədə narahatlıqlarını ifadə edirdilər. Bu sədd Polşa sərhədini etibarlı şəkildə qorumaq üçün lazımdır”, - deyə Mateuş Moravetski bildirib.
Polşa tərəfi Belarusla sərhəd boyu səddin çəkilməsinə yanvarın 25-dən başlayıb. Tikintiyə üç növbədə çalışan üç min inşaatçı cəlb olunub. Səddin ümumi uzunluğu 187 kilometr təşkil edir. Texniki təchizatla birgə layihənin dəyəri 1,6 milyard zlotıdır (təxminən 400 milyon dollar