İyulun 16-da prezident İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 20 illiyi münasibətilə qurumun işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, Sərəncama əsasən, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə və vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 1 nəfər “Vətən uğrunda”, 2 nəfər “İgidliyə görə”, 16 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.