İyunun 29-da Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Madriddə keçirilən sammitində videokonfrans vasitəsilə çıxış edib.
YeniAvropa xəbər verir ki, V.Zelenski çıxışında Ukraynanın məruz qaldığı hərbi əməliyyatların digər ölkələrə, NATO-nun müttəfiqlərinə keçəcəyi təqdirdə, vəziyyətin daha da pisləşə biləcəyini qeyd edib.
Ukrayna prezidenti əlavə hərbi və maliyyə yardımı istəyib. O, ölkəsinin özünü müdafiə edə bilməsi üçün ayda 5 milyard dollara ehtiyacı olduğunu bildirib.