Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Cozef Bayden bir araya gələcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Görüş iyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Madrid NATO sammitinə ikinci dəfədir ev sahibliyi edir.
Sammitdə 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də alyansın digər əsas tərəfdaşları bir araya gələcəklər.