logo

Türkiyə və Ermənistan xüsusi nümayəndələri iyulun 1-də Vyanada görüşəcəklər

12:11 28-06-2022 | icon 2275
Türkiyə və Ermənistan xüsusi nümayəndələri iyulun 1-də Vyanada görüşəcəklər

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.