Ərdoğan NATO sammitinə 6 maddəlik dosye ilə gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitinə özündə altı maddəni ehtiva edən və Ankaranın mövqeyini açıqlayacaq dosye ilə gedəcək. O, həmkarları ilə təkbətək və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə məhz həmin altı məsələni müzakirə etməyi planlaşdırır.
YeniAvropa xəbər verir ki,bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ərdoğan əsasən İsveç və Finlandiyanın NATO-ya daxil olmasını diqqət mərkəzində saxlayacaq. Belə ki, sammitdə o, iki şimal ölkəsi tərəfindən PKK terror qruplaşması və ona bağlı Türkiyədəki terror təşkilatlarına siyasi, maliyyə və hərbi dəstəyin sübutlarını təqdim edəcək.
İkinci məsələ Ukrayna taxılının ixracı üçün taxıl dəhlizinin yaradılmasıdır. NATO sammitində Türkiyə prezidenti Ankaranın Ukrayna limanlarından Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının tədarükü mexanizmini yaratmaq səyləri barədə məlumat vermək niyyətindədir.
Türkiyə prezidenti sammit iştirakçılarının diqqətini Ankaranın Afina ilə son vaxtlar ciddi şəkildə kəskinləşmiş münasibətlərinə, o cümlədən Yunanıstanın Egey dənizindəki adaların silahsızlaşdırılması statusunu pozması səbəbindən ciddi şəkildə gərginləşən münasibətlərinə cəlb etmək niyyətindədir.
Rəsmi Ankara bildirib ki, Yunanıstan tərəfinin hərəkətləri Lozanna (1923) və Paris (1947) sülh sazişlərinə ziddir. Sazişə əsasən Yunanıstan Egey dənizindəki adalarına hərbi baza və silah yerləşdirməməlidir.
“Yeni Şafak”ın yazdığına görə, Ərdoğanın dosyesinin beşinci bəndi Türkiyənin qonşu ərazilərdən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında yeni hərbi əməliyyat planlarıdır.
Ərdoğan əlavə olaraq NATO sammiti iştirakçılarının diqqətini koronavirus pandemiyasından sonra qlobal iqtisadiyyatdakı vəziyyətə, eləcə də enerji qiymətlərinin artmasına yönəltmək niyyətindədir.
Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir
Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün tələblər sərtləşdirilir
Paytaxt sakini 5 nəfərin bank hesabından 4 min manat oğurlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
FHN-in növbəti xilasetmə qrupu Türkiyəyə yola düşüb
Qaxda 45 sm qar yağıb
Paytaxtda tələbə yataqxanasında qətl törədilib
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 59-cu günü
Türkiyədə zəlzələdən ölənlərin sayı 5400 nəfəri ötüb,31 mindən çox yaralı var
Heydər Əliyev Mərkəzi Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşı orden və medallarla təltif edilib
“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir
Zelenski Ərdoğana zəng edib
Azərbaycan növbəti yardımları və xilasetmə qrupunu Türkiyəyə göndərir
Bu gün Azərbaycanda 298 doza vaksin vurulub
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub
SOCAR gözlənilən kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bir qrup QHT sədri Türkiyədəki zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib
Tütün məmulatları və alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndirilir
UEFA Konfrans Liqası: "Gent"-"Qarabağ" matçının biletləri satışa çıxarılıb
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyi qeyd olunub
Ərdoğan Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət rejimi elan edib