logo

Sabah Bakıda 33° isti olacaq. bölgələrdə isə şimşək çaxacaq,yağış yağacaq

13:07 16-07-2018 | icon 2254
Sabah Bakıda 33° isti olacaq. bölgələrdə isə şimşək çaxacaq,yağış yağacaq

Ölkə ərazisində iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26°, gündüz 29-34° isti, Bakıda gecə 24-26°, gündüz 31-33° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 26-27° isti olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Azərbaycanın bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbərdarlığa əsasən, Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel olacağı proqnozlaşdırılır.