logo

Kanada Rusiyanın dondurulan pul vəsaitlərini Ukrayna üçün xərcləyəcək

12:52 25-06-2022 | icon 8393
Kanada Rusiyanın dondurulan pul vəsaitlərini Ukrayna üçün xərcləyəcək

Kanada parlamenti hökumətə Rusiyanın sanksiyalar səbəbindən dondurulan pul vəsaitlərini müsadirə etmək hüququ verən qanunvericilik dəyişikliyinin ratifikasiyasını başa çatdırıb.

YeniAvropa  xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 24-də Senat tərəfindən təsdiqlənən dövlət büdcəsinin icrası çərçivəsində sanksiya qanunvericiliyinə müvafiq dəyişikliklər qəbul edilib. Ukrayna bu vəsaitin ilk resipiyenti ola bilər. Bundan sonra dəyişikliklər qüvvəyə minməsi üçün Kanadanın baş qubernatoru tərəfindən təsdiqlənməlidir.

Kanada hökumətinin bu qərarı sanksiyalar səbəbindən dondurulan aktivləri müsadirə edərək onları sanksiyaya məruz qalanın fəaliyyətindən zərər çəkən tərəfə ötürmək hüququ verir. Kanada dünyada belə qərar qəbul edən ilk dövlətdir.

Hazırda Kanada sanksiyalara məruz qalan əmlak və vəsaitlərin müsadirə edilməsi üçün hüquqi mexanizmə malik deyil və bu qanun layihəsi həmin boşluğu aradan qaldırmalıdır. Ottava Rusiyaya qarşı ən geniş sanksiyalardan birini tətbiq edib. Sanksiya siyahısına 1400-ə yaxın hüquqi və fiziki şəxs daxildir.