Avropa İttifaqı Ukraynaya 9 milyard avro məbləğində yeni maliyyə yardımı paketinin ayrılması ilə bağlı razılığa gəlib.
YeniAvropa Ukrayna KİV-nə istinadla xəbər verir ki, vəsait sosial sahənin maliyyələşdirilməsinə yönəldiləcək.
"Ukrayna müharibə vəziyyətindədir və bir çox ictimai xidmətlərə görə ödəməyə heç bir şey yoxdur, ona görə də biz 9 milyard avro yardım ayrılmasını təsdiqlədik", - deyə Avropa İttifaqının bununla bağlı məlumatında qeyd edilir.