logo

Ərdoğanın üçüncü dəfə namizədliyini irəli sürməsi qanunidir-Ədliyyə naziri

22:52 23-06-2022 | icon 3262
Ərdoğanın üçüncü dəfə namizədliyini irəli sürməsi qanunidir-Ədliyyə naziri

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi qanunidir.

 YeniAvropa xəbər verir ki,bu fokri Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ səsləndirib.

Bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası(AKP) də Ərdoğanın üçüncü prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını bəyan edib. Eyni zamanda, AKP ölkədə prezident idarəetmə formasının tətbiqi ilə bağlı konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ərdoğanın cəmi bir dəfə seçkiyə qatıldığını, ona görə də 2023-cü ildə yenidən seçkilərdə iştirak edə biləcəyini bəyan edib.

Qeyd edək ki, AKP və Milliyyətçi Hərəkat Partiyasını MHP) birləşdirən "Cümhur İttifaqı" Ərdoğanın vahid prezidentliyə namizədliyini irəli sürüb.