logo

Ərdoğan meşə yanğınlarının  baş verdiyi əraziyə gəlib

16:56 22-06-2022 | icon 2275
Ərdoğan meşə yanğınlarının  baş verdiyi əraziyə gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla vilayətinin Marmaris rayonunda yanğın baş verən əraziyə baxış keçirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, helikopterlə ərazini gəzən Türkiyə dövlətinin başçısını ölkənin daxili işlər naziri Süleyman Soylu müşayiət edib.

Xatırladaq ki, iyunun 21-i axşam saatlarından başlayaraq Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən meşəlik ərazilərdə yanğın başlayıb. Yaşayış ərazilərindən təqribən 3-4 kilometr kənarda baş verən yanğının söndürülməsi işləri davam edir.

Bölgədə 30-a yaxın ev təxliyə edilib.

Təxminən 250 hektar ərazini əhatə edən yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.