Çinin Şanxay şəhərində dünyanın ən böyük konteyner gəmisi istismara verilib. Gəminin dərinliyi 25-dək konteyneri üst-üstə yükləməyə imkan verir. Bu, 22 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, bu gəmi 24 000 TEU konteyner daşıya bilər. Onun uzunluğu 399,99 metr, eni isə 61 metrdən çoxdur. Konteyner gəmisinin göyərtəsinin sahəsi 24 min kvadratmetrdir.