İki marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar olaraq 52 və 33 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib.