logo

İsveçrədə Ukraynanın yenidən qurulması ilə bağlı konfrans keçiriləcək

09:29 21-06-2022 | icon 8771
İsveçrədə Ukraynanın yenidən qurulması ilə bağlı konfrans keçiriləcək

İyulun əvvəlində İsveçrənin Luqano şəhərində Ukraynanın yenidən qurulması ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iyulun 4-5-də İsveçrə hökumətinin təşkilatçılığı ilə təşkil olunacaq konfransda Birləşmiş Millətlər Təşkilatı(BMT), Avropa İttifaqı(Aİ) və 40-dan artıq ölkənin təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcək. Konfransda Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı nəzərdə tutulur.

İsveçrənin prezidenti İqnazio Kassis konfransla bağlı bildirib ki, tədbir İsveçrənin Avropa və dünyada sabitliyə verdiyi töhfə kimi qəbul edilməlidir. İkigünlük konfransda Ukraynada bərpa və yenidənqurma işlərində prioritet, metod və prinsiplər müəyyən edilməlidir.

İsveçrə hökumətindən bildirilib ki, konfrans maliyyə vəsaitlərinin toplanmasına xidmət etməyəcək. Əsas diqqət yetiriləcək istiqamət prioritetlər üzrə hansı sahələrin bərpasının təşkilini müzakirə etməkdir. Konfransda “Luqano bəyannaməsi“nin qəbulu gözlənilir.