logo

Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

15:46 15-07-2018 | icon 3969
Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

İyulun 15-də Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) hissədə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, həmin şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib.