Bu gün Varşavada Ukrayna müharibədə məhv edilən Rusiya texnikasının sərgisi açılır
"Ukraynadakı müharibədə məhv edilən Rusiya Silahlı Qüvvələrinin silah və hərbi texnikasının Avropa ölkələrində sərgisi keçiriləcək".
YeniAvropa xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Olkesey Reznikov Polşanın “Polsatnews” saytına müsahibəsində deyib.
O bildirib ki, Avropada ilk sərgi iyunun 20-də Polşanın paytaxtı Varşava şəhərində açılacaq.
Nazirin sözlərinə görə, səgrilər Avropanın başqa şəhərlərində, xüsusən də Almaniyanın paytaxtı Berlin, Fransanın Paris, İspaninyanın Madrid və Potruqaliyanın Lissabon şəhərlərində təşkil edilək.
Xatırladaq ki, ilk belə tədbir mayın 28-də Ukraynanın paytaxtı Kiyevdə keçirilib.
Qeyd edək ki, fevralın 24-dən iyunun 19-dək Ukrayna ordusu Rusiyanın 33 600 hərbçisini, 1 468 tankını, 3 577 zirehli döyüş maşınını və s. məhv edib.
Brtaniya kəşfiyyatının yaydığı məlumada bildirilib ki, Rusiya strateji baxımdan artıq müharibəni uduzub və indi o daha zəifdir: "Rusiya böyük itkilər verir, onun canlı qüvəsi və müasir raketləri bitir. Rusiya Ukraynanın heç vaxt işğal edə bilməyəcək“.