logo

Ukrayna ilə Rusiya növbəti dəfə əsirləri dəyişdirib

09:49 19-06-2022 | icon 2772
Ukrayna ilə Rusiya növbəti dəfə əsirləri dəyişdirib

Ukrayna rus əsgərləri tərəfindən əsir götürülən 5 vətəndaşını azad edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bu gün “5-ə 5” düsturuna əsasən, növbəti mübadilə həyata keçirilib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı mülki şəxslərdir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bundan öncə iyunun 10-da “5-ə 4” düsturuna əsasən, Rusiya ilə məhbus mübadiləsi aparılıb.