logo

Ukrayna Rusiya vətəndaşları üçün iyulun 1-dən viza rejimi tətbiq edəcək

15:55 17-06-2022 | icon 2772
Ukrayna Rusiya vətəndaşları üçün iyulun 1-dən viza rejimi tətbiq edəcək

Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyə başlayacaq.

YeniAvropa  "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Teleqram" kanalında məlumat verib.

“Milli təhlükəsizliyə, dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə görünməmiş təhdidlərə qarşı əks-tədbirlər çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə gəlişi rejimi məsələsinə yenidən baxılmasını təklif etmişəm”, - deyə o, qeyd edib.

Zelenskinin sözlərinə görə, Nazirlər Kabineti Ukrayna hökuməti və RF hökuməti arasında müvafiq sazişin qüvvədən düşməsi barədə mühüm qərar qəbul etməlidir.

“Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, Ukrayna 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək”, -deyə prezident bildirib.

Son məlumata görə, Ukrayna hökuməti RF-lə vizasız rejimin qüvvədən düşməsi barədə qərarı artıq qəbul edib.