Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus Yohanislə görüşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdə regionda son vəziyyət, Avropa ölkələrinin Ukraynaya yardımı, həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələləri müzakirə olunub.
Görüşün detalları barədə əlavə məlumat verilməyib.