logo

Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti qadağan edilib

18:16 16-06-2022 | icon 2835
Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti qadağan edilib

Ukraynada Rusiya meyilli daha iki siyasi partiyanın fəaliyyəti dayandırılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 8-ci İnzibati Apellyasiya Məhkəməsinin qərarı ilə “Sol Müxalifət” və “Şariynin Partiyası” siyasi partiyalarının fəaliyyəti qadağan edilib.

Hazırda 8-ci İnzibati Məhkəmədə 16 işə baxılır, bu işlərlə bağlı artıq 9 qərar çıxarılıb.

Daha əvvəl bu məhkəmənin qərarları ilə “Müxalifət Bloku”, Sosialist Partiyası, “Naşi”, “Sosialistlər” Partiyası, “Vladimir Saldo” Bloku, “Derjava” Partiyası, Ədalət və İnkişaf Partiyasının fəaliyyəti qadağan edilib.