logo

İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağladı-28 min işçi işsiz qaldı

09:09 16-06-2022 | icon 3563
İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağladı-28 min işçi işsiz qaldı

Çərşənbə günü İsveçin IKEA şirkəti Rusiyadakı fabrikləri satacağını, ofislərini bağlayacağını və təxminən 28 min işçini ixtisar edəcəyi ilə bağlı məlumat yayıb.

YeniAvropa xəbər verir ki, şirkət yaxın gələcəkdə də Rusiyada satışları bərpa etmək imkanının olmadığını bildirib. Nəticədə brendin sahibi İnter IKEA şirkəti, ona məxsus olan dörd fabrik üçün alıcı axtarmağa başlayacağını, Moskva və Minskdəki iki satınalma və logistika departamentini həmişəlik bağlayacağını elan edib.

Bununla belə, dünyanın ən böyük ticarət mərkəzi sahiblərindən biri olan Ingka şirkəti Rusiyada MEGA brendi altında 14 ticarət mərkəzini açıq saxlamağı nəzərdə tutur. Şirkət bununla insanların geyim, ərzaq və apteklər də daxil olmaqla zəruri əşyalara çıxışını daim təmin etmək istədiyini bildirib.