logo

Gəncə hadisələri ilə bağlı daha 3 nəfər həbs edilib

16:27 14-07-2018 | icon 2471
Gəncə hadisələri ilə bağlı daha 3 nəfər həbs edilib

İyulun 3-də Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

YeniAvropa xəbər verir  ki, 1966-cı ildə anadan olan Akif Əliyev Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa, iyulun 10-da Gəncədə baş vermiş cinayət hadisəsinin fəal iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu da həbs ediliblər.

Əliyev Seymur Ceyhun oğlu 1993-cü il yanvarın 18-də Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info”nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanılıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıblar.