Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,1 dollar bahalaşaraq 76,85 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar artaraq 75,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,25 dollar bahalaşaraq 70,58 dollar təşkil edib.