logo

Avstraliya millisi "Qətər-2022" dünya çempionatında iştirak edəcək 31-ci ölkə oldu

13:11 14-06-2022 | icon 2065
Avstraliya millisi "Qətər-2022" dünya çempionatında iştirak edəcək 31-ci ölkə oldu

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 31-ci ölkə müəyyənləşib.

YeniAvropa xəbər verir ki,, mundiala vəsiqə uğrunda Qətərin Əl-Rayyan şəhərində Avstraliya və Peru milliləri qarşılaşıb. Matçın əsas və əlavə vaxt qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasından müəyyənləşib. Burada daha dəqiq olan Avstraliya (5:4) dünya çempionatına vəsiqəni təmin edib.

Qeyd edək ki, “Qətər-2022”nin sonuncu iştirakçısı Kosta-Rika və Yeni Zelandiya yığmaları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.