logo

Ukraynada daha bir rusiyapərəst partiyanın fəaliyyətinə qadağa qoyuldu

12:52 14-06-2022 | icon 2471
Ukraynada daha bir rusiyapərəst partiyanın fəaliyyətinə qadağa qoyuldu

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə qadağa qoyulub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 8-ci İnzibati Apellyasiya Məhkəməsinin iclasının qərarına əsasən “Naşi” partiyasının fəaliyyəti dayandırılıb.

Məhkəmə fəaliyyətin qadağan edilməsi ilə yanaşı, partiyanın, onun rayon, şəhər təşkilatlarının, ilk təşkilatlarının və digər struktur qurumlarının vəsaiti və digər əmlakı dövlətin mülkiyyətinə keçirilib.

Qeyd edək ki, bir müddət öncə məhkəmə Ukraynada Rusiya yönümlü “Müxalifət Bloku”, "Ədalət və İnkişaf", “Sosialistlər” siyasi partiyalarının ölkə ərazisində fəaliyyətini qadağan edib.