Kanadanın baş naziri Castin Trüdonun COVID-19 testinin cavabı müsbət çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə baş nazir özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Mənim COVID-19 testimin nəticəsi müsbət çıxdı” -deyə o, bildirib.
Siyasətçi qeyd edib ki, əvvəllər peyvənd olunduğu üçün özünü yaxşı hiss edir, lakin Səhiyyə Nazirliyinin müvafiq protokolu ilə müəyyən edilmiş qaydada özünü təcrid edib.