Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi iyunda Ukraynanın paytaxtı Kiyevə birgə səfər etməyi planlaşdırırlar.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, səfərin iyunun 26-28-də keçiriləcək "Böyük Yeddilik"(G7) sammitindən əvvəl baş tutacağı gözlənilir.
Səfər zamanı Kiyevə əlavə silah tədarükü və Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almaq üçün müraciəti müzakirə ediləcək.
Qəzetin yazdığına görə, Berlin və Paris uzun müddətdir, birgə səfərlə bağlı danışıqlar aparır. Kansler daha əvvəl deyib ki, o, Kiyevə səfərin konkret məqsədi olduğu halda gedəcək.