İlin birinci yarısında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 340,3 min ton neft nəql olunub.
YeniAvropa xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsindən məlumat verilib.Məlumatda qeyd edilib ki, nəqletmənin 81,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 milyon 552 min ton neft ötürülüb.
Bundan əlavə, ötən altı ayda BTC ilə 3 milyon 220,5 min ton tranzit neft də nəql edilib.