logo

 Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb

15:47 13-07-2018 | icon 2282
 Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb

Xətai rayonunda polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhər sakini Yalçın Nəzərov iyulun 8-də Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək həmin tarixdə parkda olan zaman 3 naməlum şəxsin ona yaxınlaşıb bıçaqla sol çiyninə xəsarət yetirdiklərini və 52 manat pulunu alaraq hadisə yerindən qaçdıqlarını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Y.Nəzərovun istintaqı yayındırmaq məqsədi ilə bilərəkdən polisə yalan məlumat verdiyi və ona qarşı heç bir quldurluq hadisəsinin törədilmədiyi müəyyən edilib. Araşdırma zamanı müəyyənləşib ki, Y.Nəzərova hadisə günü şəxsi münasibətlər zəminində tanışı olan qadın tərəfindən bıçaq xəsarəti yetirilib. Daha sonra o, cinayəti gizlətmək və hadisənin obyektiv araşdırılmasının qarşısını almaq məqsədilə polisləri yayındırmaq istəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.