logo

Çində təyyarə yaşayış məntəqəsinə düşdü: Bir neçə ev yandı

11:33 09-06-2022 | icon 2079
Çində təyyarə yaşayış məntəqəsinə düşdü: Bir neçə ev yandı

Çinin Hubey vilayətində hava limanından yenicə havaya qalxan təyyarə yaşayış məntəqəsinə çırpılıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hadisə səhər saatlarında Laohekou şəhərinin hava limanı yaxınlığında baş verib.

Hələlik təyyarənin modeli haqqında məlumat verilmir. Amma katapult edən pilotun yüngül xəsarət aldığı bildirilir. Təyyarənin düşdüyü yerdə bir neçə ev yanıb.

Hazırda ərazidə axtarış işləri aparılır.