Finlandiyanın baş naziri Sanna Marinin koronavirus testi müsbət çıxıb.
YeniAvropa “ua.news” saytına istinadla bildirir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında məlumat verib.
Baş nazirin sözlərinə görə, onun simptomları yüngüldür və özünü yaxşı hiss edir.
Xatırladaq ki, Marin mayın 26-da Ukraynanın İrpin və Buça şəhərlərinə səfər edib.
Bu ərəfədə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbokun Pakistana səfəri zamanı COVID-19 testinin müsbət çıxdığı bildirilmişdi.
İyunun 5-də isə Aİ-nin Xarici Siyasət üzrə Ali nümayəndəsi Josep Borrell öz tviter hesabında pandemiyanın başlamasından bəri ikinci dəfədir ki, koronavirusa yoluxduğunu bildirmişdi.