Zakir Həsənov cəbhə zonasında tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir. YeniAvropa xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin(MN) mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.
Tikintilər aparılan ərazilərə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.