Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün səylərini davam etdirir
Bu gün istər təkbətək, istərsə də nümayəndə heyətləri arasında keçirilən görüşlərdə ikitərəfli və regional məsələləri hərtərəfli müzakirə etdik. Danışıqlarımız məhsuldar oldu. Təbii ki, regional məsələlərlə bağlı gündəmimizin başında Ukrayna durur. Bu böhranda üç ay yarımı geridə qoyduq. İnsan itkilərinin və dağıntıların gündən-günə artdığını görməkdən təəssüflənirik. Rusiya-Ukrayna böhranı başlayandan bəri Türkiyənin nümayiş etdirdiyi münasibət hər kəsə məlumdur. Türkiyə bu gərginliyin danışıqlar yolu ilə dayandırılması üçün böyük səylər göstərib və göstərməyə davam edir.
YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Martın 29-da İstanbulda tərəflərin danışıqlarında mühüm irəliləyiş əldə olunduğunu deyən nazir qeyd edib ki, sonradan baş verən hadisələr təəssüf ki, danışıqları arxa plana keçirdi. Bununla belə, davamlı sülhün təməli qoyula bilərdi. “Biz Türkiyə olaraq bu mövqeyimizi hələ də davam etdiririk. Bu böhranı danışıqlar yolu ilə mümkün qədər tez bitirmək bütün regionumuza və bəşəriyyətə fayda verəcək. Rusiyanın xarici işlər naziri ilə bu mövzuda fikirlərimi açıq şəkildə bölüşdüm.
Ötən həftələrdə danışıqlardan uzaqlaşma olub, amma son günlərdə həm Ukrayna Prezidentinin verdiyi bəyanatlarda, həm də təmaslarımızda danışıqlara qayıtmaq üçün əsas ola biləcəyini görürük. Əgər hər iki tərəf bu məsələdə razılığa gəlsə, biz yardımçı rol oynayan bir ölkə olaraq üzərimizə düşəni etməyə hazırıq”, - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
“Biz bu böhranın xüsusilə Qara dənizdə gəmiçilik və ticarət təhlükəsizliyi sahəsində daha geniş planda yaratdığı problemləri də müzakirə etdik. Onların arasında ən mühüm məsələ Ukraynadan və Rusiyadan ixrac olunacaq məhsulların qarşısındakı maneələrdir. Ukrayna taxılının beynəlxalq bazara çıxarılması üçün müxtəlif ideyalar yaranıb və BMT-nin bu barədə planı var. Bu baxımdan söhbət Birləşmiş Millətlər Təşkilatı, Rusiya, Ukrayna və Türkiyə arasında gəmilərin yoxlanılması da daxil olmaqla formalaşa biləcək mexanizmdən və əməkdaşlığı ehtiva edən plandan gedir. Biz Türkiyə olaraq bu planı məqbul hesab edir və həyata keçirilə bilən bir plan kimi görürük”, - deyə M.Çavuşoğlu bildirib.
O qeyd edib ki, hər iki ölkə, həm Rusiya Federasiyası, həm də Ukrayna bunu qəbul etməlidir. BMT-nin təklifi ilə bunun təfərrüatlarını müzakirə etmək üçün İstanbulda görüş keçirə biləcəyimizi söylədik. Burada, təbii ki, Ukrayna taxıl məhsullarının, günəbaxan və günəbaxan yağının beynəlxalq bazarlara çıxarılması müqabilində Rusiyanın ixracına maneələrin aradan qaldırılması tələbini son dərəcə qanunauyğun və haqlı tələb kimi görürük. Yalnız Rusiya Federasiyasının ixrac etdiyi taxıl və gübrələrin sanksiyalara daxil olmadığını söyləyib, bu məsələnin üstündən keçmək düzgün deyil. Biz bunu son açıqlamalarda görürük. Ancaq düşünürük ki, bu məhsulları daşıyacaq gəmilərin sığortası, logistika məsələləri, limanlara çatma imkanları, göstəriləcək xidmətlər və bank əməliyyatları, ödənişlərlə bağlı lazımi addımlar atılmalıdır. Yəni dünyanın həm Ukrayna, həm də Rusiya Federasiyasının ixrac etdiyi məhsullara ehtiyacı varsa, düşünürük ki, buna birlikdə yol açmağımız faydalı olar.
Önəmli məsələnin ortaq anlayışa əsaslanan mexanizmin qurulması olduğunu söyləyən Mövlud Çavuşoğlu deyib: “Yenə bu mexanizm çərçivəsində gəmilərin təhlükəsiz şəkildə səyahətlərini davam etdirmələri üçün görüləcək tədbirləri müzakirə etmək faydalı olardı. Texniki səviyyədəki hazırlıqların tez bir zamanda tamamlanmasını arzu edirik. Bu mexanizmin tətbiqinin faydalı olacağını düşünürük. Bu gün biz təkcə Ukraynadakı böhranı və ya qeyd etdiyimiz məhsulların ixracı qarşısındakı maneələrin aradan qaldırılmasından danışmadıq. Biz digər regional məsələləri də müzakirə etdik. Suriya da onlardan biridir. Liviyadakı son hadisələri də müzakirə etdik. Fərqli baxışlarımız olsa da, Rusiya Federasiyası sıx əməkdaşlıq etdiyimiz bir ölkədir. Suriyada siyasi həll yolu tapmaq üçün səylərimiz xüsusilə Astana formatı ilə davam edir”.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov