logo

Rusiyanın işğalı nəticəsində Ukraynada 262 uşaq ölüb,467-dən çox uşaq yaralanıb

12:58 07-06-2022 | icon 2100
Rusiyanın işğalı nəticəsində Ukraynada 262 uşaq ölüb,467-dən çox uşaq yaralanıb

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 262 uşaq ölüb, 467-dən çox uşaq güllə və qəlpə yarası alıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Qeyd edilib ki, Rusiyanın Ukraynaya4 aydan artıq davam edən hücumu nəticəsində 730-dan çox uşaq xəsarət alıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Bildirilib ki, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 940 təhsil müəssisəsinə ziyan dəyib, 184-ü isə tamamilə dağıdılıb.

Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.