İyulun 13-də ilin ikinci Günəş tutulması baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki, Bakı vaxtı ilə saat 05:48-də başlanan Günəş tutulması saat 08:13-də başa çatıb.
Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanları hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edib.
Növbəti Günəş tutulmasının avqustun 11-də olacağı gözlənilir.