Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyanın paytaxtı Belqrada planlaşdırılan səfəri ləğv olunub.
YeniAvropa xəbər verir ki, buna səbəb Serbiya ilə qonşu olan ölkələrin öz hava məkanlarını Rusiyanın xarici işlər nazirinin təyyarəsi üçün bağlamasıdır.
Sergey Lavrov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu addımın dünya diplomatiyasında bir nümunəsi yoxdur.
Serbiya prezidenti Aleksandr Vuçiç isə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Botsan Harçenko ilə görüşdüyünü, Sergey Lavrovun planlaşdırılan Belqrad səfərinin ləğv edildiyini açıqlayıb.