BMT Təhlükəsizlik Şurasının iyunun 6-da axşam saatlarında iclası olacaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT TŞ-nin katibliyi məlumat yayıb.
Bildirilib ki, TŞ-nin toplatısında Ukrayna ilə bağlı məsələ müzakirə olunacaq: “Əsas diqqət Ukraynaya hərbi müdaxilə ilə bağlı cinsi təcavüz, insan alveri kimi məsələlər ayrılacaq”.
Məlumata görə, iclasda BMT-nin münaqişə şəraitində cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten çıxış, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edəcək.
Xatırladaq ki, toplantı bu gün Bakı vaxtı ilə saat 18-də başlayacaq.