logo

“Tesla” tezliklə insanabənzər robotunu təqdim edəcək

13:53 03-06-2022 | icon 2436
“Tesla” tezliklə insanabənzər robotunu təqdim edəcək

Elektriklə çalışan avtomobillərin istehsalı ilə məşğul olan Amerikanın “Tesla” kompaniyası sentyabrın 30-da “Optimus” adlı insanabənzər robotunu təqdim edəcək.

YeniAvropa  ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə “Tesla” kompaniyasının qurucusu İlon Mask özünün özünün "Twitter" hesabında məlumat paylaşıb. “Tesla” kompaniyasının süni intellekt günü sentyabrın 30-u tarixinə keçirilib. O vaxta qədər “Optimus” adlı prototipimiz hazır ola bilər”, - deyə İlon Mask bildirib.

“Optimus” kompaniyanın prioritet olaraq üzərində çalışdığı insanabənzər robotdur. İlon Maskın fikrincə, bu robot qlobal işçi çatışmazlığını həll edə və qısa müddətli perspektivdə “Tesla” zavodunda əşyaların daşınmasında istifadə oluna bilər.