Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində Mingəçevirdəki İstilik Elektrik Stansiyasının Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən yüksəkgərginlikli elektrik xətlərinin altındakı yanğınlar lokallaşdırılıb.
Fövqəladə Hallar Nazirliyi və “Azərenerji”nin YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, nəticədə Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib, digər bölgələrin elektrik enerjisi ilə təchizatının bərpası istiqamətində iş gedir.