Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Rusiya Federasiyasına qarşı yeni neft embarqosu layihəsi göndərib.
YeniAvropa xəbər verir ki, bu barədə "Bioomberq" agentliyi məlumat yayıb.
Agentlik mötəbər mənbələrə istinadla xəbər verir ki, sənəd Rusiya Federasiyasından neftdən imtina üçün keçid dövrünün uzadılmasını nəzərdə tutur.
Məlumata görə, Bolqarıstana embarqonun tətbiqinə 2024-cü ilin iyun və ya dekabr ayına qədər möhlət vermək təklif olunub.
Layihəyə əsasən, xammalın Macarıstana çatdırıldığı “Drujba” neft kəmərinə qarşı sanksiyaların tətbiq edilməməsi qərara alınıb.
Avropa dövlətlərinin 6 aydan sonra Rusiya neftinin, 8 aydan sonra isə neft məhsullarının idxalını tədricən dayandırması planlaşdırılır.