Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-dən 14-dək təmir işləri aparılacaq.
YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti iyulun 13-də səhər saatlarından məhdudlaşdırılacaq.
Sıxlığın yaranmaması üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.