İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.
Qəza nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.
Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən qadının 2 uşağı da avtobusda olub və ağır xəsarət alıblar.
Hazırda uşaqlar təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilirlər.