Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iyulun 10-da Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Çiləgir kənd sakini Ağazaman Zamanova məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı yaş çəkisi 9150 qram olan 23 çətənə kolu aşkarlanıb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.