logo

“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunun qalibi olub

21:51 27-05-2022 | icon 4529
“Qarabağ” 7-ci dəfə Azərbaycan kubokunun qalibi olub

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan kuboku yarışının qalibi olub.

YeniAvropa xəbər verir ki, həlledici matçda Azərbaycan çempionu “Qarabağ”la ölkə çempionatının bürünc mükafatçı “Zirə” qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüşü FIFA referisi Elçin Məsiyev idarə edib.

"Qarabağın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Abdullah Zubir, Kevin Medina, Patrik Andrade, Marko Veşoviç, Kadi Borqes, Vadji İbrahima və Elvin Cəfərquliyev yer alıblar.

"Zirə"nin heyətində isə Anar Nəzirov, İlkin Muradov, Hacıağa Hacılı, Qismət Alıyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Davit Volkov, Dmitrios Çantakias, Nemanya Andelkoviç, Hamidu Keyta və Cəlal Hüseynov meydana çıxıblar.

Görüşdə hesabı “Zirə” komandası hesabı açıb. Matçın 17-ci dəqiqəsində Hamidu Keyta fərqlənib. Görüşün birinci hissəsi “Zirə”nin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0. İkinci hissəyə daha fəal başlayan Azərbaycan çempionu “Qarabağ” oyunun 69-cu dəqiqəsində istəyinə nail olub. Abdullah Zubir fərqlənməklə hesabı bərabərləşdirib – 1:1. Komandaların cəhdlərinə baxmayaraq görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb.

Qalibin müəyyənləşməsi üçün əlavə vaxta ehtiyac duyulub. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Qapılara top vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Belə ki, seriyada rəqibinə 4:3 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan kuboku yarışının qalibi olub.

Finalçılar Azərbaycan kuboku yarışında ilk dəfə qarşılaşıblar. Bakı təmsilçisi Ağdam klubuna yarışda 39-cu rəqib olub. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cüdür.

Beləliklə, Ağdam təmsilçisi 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçi adına da yiyələnib - 5.